Şuşadakı beynəlxalq festival Azərbaycanın və dünya xalqlarının unikal ənənələrini nümayiş etdirir – Dominikalı kulinar (FOTO)

Şuşa. Trend:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı Azərbaycanın və
dünya xalqlarının unikal ənənələrini nümayiş etdirir.

Bunu Trend-ə məşhur dominikalı kulinar, beynəlxalq
ekspert Samuel Arturo Mendes Morel deyib.

“Festival xoş təəssürat oyadır və müxtəlif dünya mətbəxlərindən
ən parlaq emosiyaları ortaya çıxarır. Mən Azərbaycanı koloritli
təbiəti və memarlığı, dadlı mətbəxi və xüsusilə də mehriban
insanları olan ölkə kimi tanıdım. Şuşa isə mənim üçün yeni kəşf
oldu. Burada çox gözəl dağlar, təmiz hava və müsbət atmosfer var”,
– deyə o bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: