Şuşa. Trend:
Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı
Azərbaycanın iqtisadi inkişafının və beynəlxalq əlaqələrinin yüksək
səviyyəsini, qüdrətini əks etdirir.
Bu barədə AzerTimes-a
tanınmış beynəlxalq kulinariya mütəxəssisi, perulu qastrodiplomat
Qilyerme Qonsales bildirib.
“Belə səviyyədə irimiqyaslı tədbirlərin keçirilməsi böyük zəhmət
və peşəkarlıq, beynəlxalq təcrübə tələb edir. Şuşadakı beynəlxalq
kulinariya festivalı çox yüksək səviyyədə təşkil olunub, burada
təkcə dünya xalqlarının mətbəxləri və maraqlı mədəni proqram təqdim
edilmir, tanınmış kulinariya mütəxəssisləri və mütəxəssisləri
iştirak edir, həm də milli dəyərlər təbliğ olunur, bu da müasir
dövrdə sülh və inkişaf yolunda ölkələrin möhkəmlənməsində, yaxşı
münasibətlərin qurulmasında çox mühüm əhəmiyyət kəsb edir”, – deyə
qastrodiplomat bildirib.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.