Türkiyə ordusu Suriyanın şimalında 11 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyanın şimalında 11 YPG silahlısını (PKK-nın
Suriya terror qanadı) zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

“Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan
qaldırmağa davam edir. Silahlılar “Sülh mənbəyi” və “Zeytun budağı”
əməliyyatları zonalarına hücuma hazırlaşırdılar”, – deyə nazirlik
qeyd edib.