Şuşada “Xarıbülbül”də nə baş verdi? – Video

Şuşada “Xarıbülbül”də nə baş verdi? – Video

Real TV-nin səhər proqramı mayın 11-də Şuşada açılışı olan və 13 maya qədər davam edəcək VII “Xarıbülbül” Beynəlxalq Festivalında yaşanan maraqlı anlarla bağlı “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalın təəssüratını öyrənib.

AzerTimes xəbər verir ki, festivalın açılış törənində iştirak edən Aynur Camal bu mərasimin daha irihəcmli və zəngin olduğunu bildirməklə, eyni zamanda 35 illik yubileyinə uyğun çalarları özündə əks etdirdiyini vurğulayıb.

O xatırladıb ki, ilk festival 1989-cu ildə Ağdamın Abdal-Gülablı kəndidə keçirilib və həmin vaxt xalq artisti Arif Babayev ifa etdiyi mahnını 35 il sonra, həmin kadrların fonunda Şuşada izləyicilərə təqdim edib. Eyni zamanda SSRİ xalq artisti Zeynəb Xanlarova 87 yaşına rəğmən böyük ruh, coşğu və enerji ilə səhnəyə çıxıb.

Aynur Camal bildirib ki, bu festival həm də Şuşaya ilk köçün başladığı günə düşdüyü üçün də əlamətdardır.

Daha ətraflı videoda:

Teqlər: