Şuşada “Xarı Bülbül” festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik – Xalq artisti

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Şuşada “Xarı Bülbül” festivalında iştirak etdiyimizə görə hamımız çox xoşbəxtik. Çünki uzun illər idi ki, əziz Şuşamız işğal altında idi və biz hər zaman, hər bayram bir-birimizə deyirdik ki, növbəti dəfə Qarabağda olaq. Şükür Allaha ki, bu gün artıq biz Şuşadayıq.

Bunu AzerTimes-a Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov deyib.

M.Hüseynov bildirib ki, bu gün burada olduğumuza görə ilk növbədə Prezident İlham Əliyevə minnətdarlıq etmək lazımdır: “Şuşa bizim üçün müqəddəs şəhərdir. Həmçinin, mən bizim güclü ordumuza minnətdarlıq etmək istəyirəm, çünki onlar bu müqəddəs şəhəri düşməndən azad etdilər. Bu, bir xoşbəxtlikdir, biz çox fərəhlənirik. Bu gün gözəl Şuşamızda Heydər Əliyev Fondu tərəfindən çox gözəl təşkil edilən festivalda iştirak etdik. Çox gözəl konsert idi, sabah başqa bir konsert olacaq, dəyərli sənətkarlarımız böyük bəstəkatlarımızın əsərləri ilə çıxış edəcəklər və mən bir musiqiçi olaraq burada olduğuma görə çox fəxr edirəm. Bu hisləri sözlə ifadə etmək çox çətindir. Şükür Allaha ki, bu günü gördük”.

Teqlər: