Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var – Rauf Əliyev

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V
Qurultayı işə başlayıb. Aprelin 23-dək davam edən Qurultayda
dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak
edir. Qurultayın azad olunmuş torpaqlarımızda aparılan geniş
miqyaslı bərpa-quruculuq dövrünə təsadüf etməsi, xüsusən
Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi
barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu mənada,
Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər
Qurultayı kimi tarixə düşəcək. Bu tarixi reallıq müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş və
qətiyyətli siyasətinin nəticəsidir. Cənab Prezident Qurultayın
işində iştirak edib və çıxış edib. Cənab Prezident çıxışı zamanı
bir- çox mühüm məsələlər barədə fikir söyləyib

Cənab Prezident çıxışında qeyd edib ki, “ Azərbaycan xalqı 30 il
davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu,
ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya
sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt
işğalla barışmaq fikirində deyildi”. Azərbaycanda həyata keçirilən
siyasətin, atılan bütün addımların fövqündə bu müqəddəs günü
yaxınlaşdırmaq dayanırdı. Azərbaycan buna öz gücü ilə nail
oldu.

Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının Diaspor
işləri üzrə Dövlət Komitəsi ilə əlaqələrinə toxunan cənab Prezident
qeyd etmişdir ki, bu əlaqələr getdikcə təkmilləşir. Azərbaycan da
yaşayan azərbaycanlılar istəyir ki, xaricdə yaşayan azərbaycanlılar
öz tarixi vətəni ilə sıx bağlı olsunlar. Xaricdə yaşayan gənc
azərbaycanlılar nəm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı
bilməlidirlər, həm də bu həqiqətləri öx dostlarına
çatdırmalıdırlar.

Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını
qeyd edən cənab Prezident bildirmişdir ki, “Bu gün Azərbaycan yeni
dövrə qədəm qoyub. Biz 30 il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu,
bizim üçün çox ağır idi-mənim üçün Prezident kimi, hər bir vətəndaş
üçün-xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin
tam fərqli olduğunu vurğulayan cənab Prezident deyib: ”Bu gün
alnımız açıqdır,bu gü üzümüz gülür, bu gün başımız dikdir və həmişə
belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı
müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət
kimi əbədi yaşayacaq. Biz öz torpaqlarımızdayıq. Bu torpaqda möhkəm
dayanməşıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə
bilməz”.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: