Şuşada keçiriləcək qurultay Zəfər Qurultayı olacaq – Valeh Hacıyev

Dünya Azərbaycanlılarının V Qurultayı 22-23 apreldə Şuşada
keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu bu gün jurnalistlərə
açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci
müavini Valeh Hacıyev deyib.

V. Hacıyev bildirib ki, bu qurultay Zəfərdən sonra keçirilən
Dünya Azərbaycanlılarının ilk Qurultayıdır.

“Şuşada keçiriləcək qurultay Zəfər Qurultayı olacaq.
Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək
qurultayda diasporun bundan sonrakı fəaliyyətini müəyyənləşdirəcək
mühüm qərarlar qəbul ediləcək”, – deyə o əlavə edib.

Teqlər: