Şuşada jurnalistlər üçün Yay Məktəbinin açılışı oldu

Şuşada jurnalistlər üçün Yay Məktəbinin açılışı oldu

İyulun 17-də Şuşada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə jurnalistlər üçün 2 günlük təlimə start verilib.

AzerTimes xəbər verir ki, Şuşada jurnalistlər üçün təşkil olunan Yay Məktəbinin keçirilməsi biznes jurnalistikasının peşə bacarıqlarının artırılması məqsədi daşıyır.

Yay Məktəbinin təşkili işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin işıqlandırılmasında vacib əhəmiyyətə malikdir.

İyulun 17-18-də Şuşada keçirilən layihə çərçivəsində jurnalistlər iqtisadi artım, fiskal, monetar, maliyyə-bank və s. sahələrdə təşkil olunan təlimlərdə iştirak edəcəklər.

Təlimdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Maliyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Mərkəzi Bankın, Dövlət Məşğulluq Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak edir.

Teqlər: