ABŞ Koreyanı Çin əleyhinə ittifaqa cəlb edir

ABŞ Koreyanı Çin əleyhinə ittifaqa cəlb edir

ABŞ Prezidenti Co Baydenin may ayında “Samsunq” zavoduna səfərinin əsas məqsədi Cənubi Koreyanı Çin əleyhinə texnologiya ittifaqına cəlb etməyə çalışmaq olub.

AzerTimes xəbər verir ki, bu barədə “Business Korea”məlumat yayıb.

Bildirilir ki, ABŞ hakimiyyəti bu ilin mart ayından başqa ölkələri də Çinin texnoloji blokadasına cəlb etmək ideyasını irəli sürür. Nəşrin fikrincə, Tayvan, Yaponiya və Cənubi Koreya alyansa daxil olmalıdır və ABŞ bu assosiasiyanın rəhbəri olacaq.

Cənubi Koreya Baydenin təklifi ilə bağlı yekun qərar verməyib. İddialara görə, ölkə alyansa qoşulmağa həvəsli deyil, çünki Koreyanın ən böyük yarımkeçirici şirkətləri “Samsunq Electronics” və “SK Hynix” ixrac gəlirlərinin əsas hissəsini Çindən alırlar.

Teqlər: