Şuşada ilk respublika uşaq tədbiri keçirilir

İyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm
keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin
yekun konsert proqramı keçirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, uşaqların
Beynəlxalq Müdafiəsi gününə təsadüf edən festival-müsabiqənin yekun
tədbiri Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra orada
keçirilən ilk respublika uşaq tədbiridir.

Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət
Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa
Real Məktəbinin qarşısında təşkil olunub.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh
Əliyeva, təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova,
mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və digər dövlət
rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid
övladları, festival müsabiqənin qalibləri iştirak edir.

Teqlər: