Şuşada hava yağmursuz keçəcək

Şuşada hava yağmursuz keçəcək

Xankəndi şəhərində gecə 3-1 şaxta, gündüz isə 3-6 dərəcə isti olacaq. Havanın əsasən yağmursuz keçəcəyi, duman olacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata əsasən, gün boyu qərb küləyi əsəcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində sabah havanın əsasən yağmursuz keçəcəyi, dumanlı olacağı, qərb küləyi əsəcəyi gözlənilir.

Şuşada gecə 3-1 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Laçında gecə 5-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Xocalıda gecə 0-2 dərəcə, gündüz 6-8 dərəcə isti, Xocavənddə gecə 0-2, gündüz 6-8 dərəcə isti, Kəlbəcərdə gecə 10-8, gündüz 2-0 dərəcə şaxta, Ağdamda isə gecə 2-4 dərəcə, gündüz isə 6-9 dərəcə isti olacağı gözlənilir.

Teqlər: