Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir (FOTO)

Şuşa. Trend:

Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfrans keçirilir.

Trend-in
müxbiri bildirir ki, tədbirdə beynəlxalq beyin mərkəzlərinin
nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri baş tutacaq.

Xatırladaq ki, bu gün beynəlxalq beyin mərkəzlərinin
nümayəndələri Füzuli hava limanında olublar. Tədbir iştirakçılar “Ağdam” adı verilmiş təyyarə ilə hava limanına eniş ediblər. Onlar,
həmçinin Qarabağda minaların təmizlənməsi prosesi ilə tanış
olublar.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: