Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək – Hikmət Hacıyev (FOTO)

Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda
beynəlxalq konfrans keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev yazıb.

“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion”
formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazda inkişaf
və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə
Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına
uçuruq. Şuşa regionun həm də diplomatik paytaxtı olur”, – deyə
Hikmət Hacıyev bildirib.

Teqlər: