Şuşada beynəlxalq tədbirlərin keçirilməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çox önəmlidir – Sahil Kərimli

Beynəlxalq beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri və
Şuşada beynəlxalq konfransa toplaşması olduqca əhəmiyyətli
hadisədir. Dünya miqyaslı, nüfuzlu ekspertlər, tədqiqatçı alimlər,
media nümayəndələri azad edilmiş ərazilərimizlə tanış olur, həm
erməni vəhşiliyini, bununla yanaşı sürətlə davam edən
bərpa-quruculuq prosesini öz gözləri ilə görürlər. Bu, çox
önəmlidir. Çünki, belə tədbirlər çərçivəsində dünya ictimaiyyəti
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla daha aydın tanış
olur, Qarabağ və Şərqi Zəngəzurun sıfırdan qurulması prosesini
izləyir.

Trend xəbər verir ki. bu fikirlləri Trend BİA-nın Baş direktor
müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

“Bu tədbir imkan verir ki, dünyanın 20-dən çox ölkəsindən gələn
beyin mərkəzlərinin nümayəndələri yaşayış məntəqələrimizin
ermənilər tərəfindən necə viran qoyulması, ərazilərimizin
dağıdılması, yerlə yeksan edilməsi, mədəni, dini, tarixi
abidlərimizin məhv edilməsi, ekoloji terror həyata keçirilməsi və
digər vandal hərəkətlərin şahidi olsunlar. Məlumdur ki, Ermənistan
işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalayıb.
Hazırda Azərbaycan dövləti ərazilərin minalardan təmizlənməsi
prosesini sürətlə həyata keçirir. Amma vəziyyət o qədər mürəkkəbdir
ki, minatəmizləmə işləri xeyli vaxt aparır. Çünki Ermənistan az
qala hər qarış ərazini minalayıb, tələ minalar quraşdırılıb. Məqsəd
daha çox mülki əhalinin qətl edilməsi, əlil və şikəst
buraxılmasıdır”, – deyə S.Kərimli əlavə edib.

S.Kərimli bildirib ki, beynəlxalq ictimayyətin bu reallıqları da
bilməsi çox vacibdir və qonaqlar səfər çərçivəsində ərazilərin
minalardan təmizlənməsi prosesini də yaxından izləyiblər. Bütün
bunlar bir daha dünyaya göstərir ki, Azərbaycan uzun illər olduqca
təhlükəli düşmənlə üz-üzə olub, Ermənistanın işğalçılıq, vandalizm,
faşizm siyasətindən əziyyət çəkib, miqyasa gəlməyən maddi-mənəvi
itkilərə məruz qalıb. Ümumiyyətlə, Şuşada beynəlxalq miqyaslı
tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması üçün çox önəmlidir və dövlətimiz bunun üçün bütün
resurslardan istifadə edir.

“Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru azad etməklə bölgədə
terorun, separatçılığın kökünü kəsib. Biz Cənubi Qafqazda sülhə və
təhlükəsizliyə töhvə verməkdə qərarlıyıq və Şuşa tarixi Azərbaycan
şəhəri kimi artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər
imici qaznıb. Bir sözlə, Azərbaycan dünyaya Şuşadan növbəti mesaj
verir – Biz Cənubi Qafqazda genişmiqyaslı inkişafa, çoxşaxəli
əməkdaşlığa hazırıq və bu hədəfə doğru əzmlə davam edəcəyik”, –
deyə S.Kərimli vurğulayıb.

Teqlər: