Mərkəzi Gömrük Hospitalının cərrahı Beynəlxalq Elmi Konqresdə çıxış edəcək

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi,
t.ü.f.d., Dr.Namiq Novruzov 5 may 2022-ci il tarixində həyata
keçiriləcək “Hamiləlikdə genital və ekstragenital xəstəliklər”
mövzusunda Beynəlxalq Elmi Konqresin “Hamiləlikdə infeksiyalar və
cərrahi patologiyalar” panelində “Hamiləlik zamanı cərrahi
patalogiyalara yanaşma” mövzusunda təqdimatla çıxış edəcək.

Qeyd edək ki, “Hamiləlikdə genital və ekstragenital xəstəliklər”
mövzusunda Beynəlxalq Elmi Konqresin yalnız rəsmi açılış hissəsi
Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı
yayımlanacaq.

Mama-ginekoloq, kardioloq, endokrinoloq, damar-cərrahı, ümumi
cərrah, infeksionist, hematoloq, psixiatr, onkoloq, nefroloq,
anestezioloq-reanimatoloq, pediatr və neonatoloq ixtisasında olan
həkimləri konqresdə iştirak etməyə dəvət edirik.

Konqres əyani olaraq Baku Marriott Boulevard otelində, distant
olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Konqresdə
iştirak ödənişlidir!

Əyani iştirak edəcək həkimlər üçün Konqresdə iştirak haqqı 100
AZN, əyani iştirak edəcək rezidentlər üçün 50 AZN təşkil edir.
Distant iştirak haqqı isə 20 AZN-dir.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 8 DTT balı
və sertifikat veriləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/LsjH6jNrudqGVTnt6

Proqramla Mərkəzi Gömrük Hospitalının internet səhifəsində tanış
olmaq və ödəniş etmək üçün link:
https://customshospital.az/5-may-hamilelikde-genital-ve-ekstragenital-xestelikler-beynelxalq-elmi-konqres/

Teqlər: