Şuşa şəhərinin ərazisində tikintiyə dair yeni tələblər müəyyən edilir

Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma
fəaliyyətinə dair tələblər sərtləşdirilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı “Azərbaycanın mədəniyyət
paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklik təklif
edilir.

Dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa,
təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər
hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş
dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna
məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə
qərar Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.

Teqlər: