Şuşa istiqamətində erməni təxribatının qarşısı alındı

Şuşa istiqamətində erməni təxribatının qarşısı alındı

Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – deyə məlumatda bildirilib.

Teqlər: