Şuşa həbsxanasına dair qorxunc həqiqətlər AzTV-nin “Səhər açılsın” filmində (FOTO/VİDEO)

Azərbaycan Televiziyası (AzTV) Birinci Qarabağ müharibəsi
zamanı Şuşa həbsxanasında saxlanılan əsirlər barədə film
hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, “Səhər açılsın” adlanan filmin qəhrəmanları Şuşa
həbsxanasında əsirlikdə olmuş Həbib Kazımov, Zahid Həsənov və
Camaləddin Hüseynovdur.

Filmdə 3 əsirin timsalında Şuşa həbsxanasındakı dəhşətlər, orada
saxlanılan azərbaycanlıların başlarına gələnlər barədə məlumat
verilir, onların yaşadığı ağır həyat şəraitindən bəhs olunur.
Bununla yanaşı, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində
qazandığı Zəfərdən sonra baş verənlər və Şuşa həbsxanasındakı
azərbaycanlılara dəhşətli işgəncələr edən şəxslərin həbs olunmasına
dair görüntülər də “Səhər açılsın”da öz əksini tapıb.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, prodüseri Fatimə Əzimova,
ssenari müəllifi və quruluşçu rejissoru Pərviz Həsənov, rejissoru
isə Elvin Mirzəyevdir. “Səhər açılsın” 8 may tarixində AzTV-də
yayımlanıb.

Teqlər: