Şuşa şəhərinin ərazisində tikinti, memarlıq və şəhərsalma
fəaliyyətinə dair tələblər sərtləşdirilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün
keçirilən iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri
haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, Şuşa şəhərinin ərazisində inşaat, bərpa,
təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər
hansı başqa işlər aparılarkən abidə aşkar edildikdə aparılan iş
dərhal dayandırılmalı, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğuna
məlumat verilməlidir.
Bu halda işlərin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri
Dövlət Qoruğu tərəfindən qəbul ediləcək.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.