Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin Cənubi Qafqazda sabitliyə kömək göstərməkdə qətiyyətliliyini göstərir – “SouthFive Strategies”

Xəbər - Ceyla Əliyeva – Trend:

Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır.

Bunu Trend-ə ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn deyib.

O qeyd edib ki, bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Brüsseldə apardığı danışıqlara baxmayaraq, onun Prezident İlham Əliyevlə görüşü bu həftənin ən vacib danışıqları olub”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: