Xəbər - Ceyla Əliyeva – Trend:
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə Şuşa Bəyannaməsinin imzalanması ölkə liderlərinin Cənubi Qafqazda sabitlik və çiçəklənməyə kömək göstərməkdə qətiyyətliliyi ilə bağlı digər maraqlı tərəflərə ismarıcdır.
Bunu Trend-ə ABŞ-ın “SouthFive Strategies” yəhudi təşkilatının prezidenti Ceyson Epşteyn deyib.
O qeyd edib ki, bu sənədin imzalanması Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirir:
“Prezident Rəcəb Tayyib Ərdoğanın Brüsseldə apardığı danışıqlara baxmayaraq, onun Prezident İlham Əliyevlə görüşü bu həftənin ən vacib danışıqları olub”.
(Tərcümə: Orxan Nəbiyev)