Rusiyanın Volqoqrad şəhərində fərdi evdə hərbi sursat partlaması nəticəsində Maliyyə nazirinin keçmiş köməkçisi Mixail Korobkin dünyasını dəyişib.
Trend xəbər verir ki, keçmiş məmurun silah kolleksiyası olub. Məlumata görə, o sursatı kəsmək itrəyərkən partlayış baş verib. Onun evindən Böyük Vətən Müharibəsi dövrü silahları üçün patronlar və barıt tapılıb.
Qeyd edək ki, Mixail Korobkin 2019-cu ilə qədər Rusiyta Maliyyə naziri Anton Siluanovun köməkçisi olub.