İŞİD ən fəal dövründə ildə 1,2 milyard dollardan çox gəlir əldə edib

Bir ay əvvəl İraqda saxlanılan İŞİD-də iqtisadiyyat məsələlərinə məsul olan Sami Casima dindirilmə zamanı qrupun ən fəal dövründəki gəlirlərini açıqlayıb.

Trend xəbər verir ki, neft qaçaqmalçılığı, soyğunçuluq və qaçırılan insanlar üçün alınan pul vəsaiti hesabına terrorçuların illik gəliri 1,2 milyard dollardan çox olub. Xammal xaricdəki kiçik neft emalı zavodlarının sahiblərinə və ya Suriyadakı qara bazarlarda satılıb.


O həmçinin bildirib ki, İraqın Mosul şəhərinin yerləşdiyi Nineva əyalətindəki tacir və iş adamlarından terrorçular hər ay 500 min dollardan çox pul aldığını bildirib.