Surovikin Ukraynada “Qroznı ssenarisi”nə başladı

Surovikin Ukraynada “Qroznı ssenarisi”nə başladı

Rusiya Putinin ad günündə Krım körpüsündəki atəşfəşanlıq “hədiyyəsi”nə cavab olaraq Kiyev də daxil olmaqla, Ukraynanın şəhərlərini bombalayır: əslində Krım partlayışı olmasaydı da, ruslar bu taktikadan istifadə edəcəkdi, çünki yeni ilhaqdan sonra tutduqları ərazilərdə möhkəmlənmək lazımdır və Ukrayna ordusunu bu yolla dayandıra biləcəklərini düşünürlər.

Sergey Surovikinin Ukraynadakı rus qoşunlarına yeni komandan gətirilməsi ilə rusların bu taktikaya əl atacaqları müəyyən mənada görünürdü. Rusiyanın Çeçen müharibəsini qazanmasına səbəb olan “Qroznı ssenarisi”ni Suriyada tətbiq edən əsas fiqurlardan biri Surovkin idi. İndi eyni ssenaridən Ukraynaya qarşı davamlı şəkildə istifadə olunacağı görünür və möhkəmlənə bilmək üçün müharibəni ilhaq etdiyi ərazilərdən uzaqlaşdırmağı, psixoloji təzyiqlə Ukraynanın müqavimətini qırmağı hədəfləyirlər.

Krım körpüsündəki partlayış da əllərində əsasa çevrildi.

Teqlər: