Suriyanın şimalında türk hərbçisi həlak olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatlarının keçirdiyi bölgədə baş vermiş hücum nəticəsinə 1 hərbçi həlak olub.

AzerTimes-ın məlumatına görə, daha 4 türkiyəli hərbçi yaralanıb.

Qeyd olunur ki, hücum Əl-Bab şəhərindəki bazada qeydə alınıb.

Hücumdan sonra Türkiyə ordusu bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Əməliyyat nəticəsində çox sayda terrorçunun zərərsizləşdirildiyi bildirilib.