Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu Suriyanın şimalında 10 YPG/PKK terrorçusunu
zərərsizləşdirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi
bildirib.

Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin “Sülh bulağı”,
“Fərat Qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatları
zonasında silahlılar müəyyən edilərək məhv edilib.

Nazirlik əlavə edib ki, Türkiyə təhlükəsizlik qüvvələri
Suriyanın şimalında terrorçuların yuvalarına sarsıdıcı zərbələr
endirməkdə davam edir.