Suriyada zəlzələdə ölənlərin sayı açıqlandı

Suriyada zəlzələdə ölənlərin sayı açıqlandı

Dağıdıcı zəlzələ səbəbindən Suriyada təxminən 8500 insan həlak olub. Bu rəqəmlər artacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Riçard Brennan deyib.

“Dəqiq rəqəmlər söyləmək çətindir, hər gün artır. Bu gün biz bilirik ki, Suriya hakimiyyətinin nəzarətindəki bölgələrdə 4 min insan ölüb, 2,5 min insan yaralanıb. Suriyanın şimal-qərbində isə təxminən 4,5 min insan ölüb, 7,5 min insan yaralanıb”, – deyə R.Brennan bildirib.

Teqlər: