Suriyada qatarların hərəkəti dayandırıldı

Suriyada qatarların hərəkəti dayandırıldı

Bütün Suriya ərazisində zəlzələ ilə bağlı dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Suriya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bu qərar “profilaktik tədbir” kimi qəbul edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənubundakı Qəhrəmanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib: 912 nəfər ölüb, 5385 nəfər yaralanıb.

Teqlər: