Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib

Suriyada ötən il qəsdən meşələrin yandırılmasında təqsirli bilinən 24 nəfər edam edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “BBC News” ölkənin Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, meşələrin yandırılmasında təqsirli bilinən daha 11 nəfər ömürlük, 5 yeniyetmə isə 10 ildən 12 ilədək həbs cəzasına məhkum edilib.

Qeyd edilir ki, sənəddə meşə yanğınları “terror aktları” kimi dəyərləndirilir.