Suriyada hərbi baza atəşə tutulub, ABŞ hərbçiləri arasında yaralılar var

Suriyanın şərqində koalisiya qüvvələrinə məxsus bazanın atəşə
tutulması nəticəsində dörd ABŞ əsgəri yaralanıb.

Trend xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin
komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, yaralılar baş beynin xəsarəti ehtimalını aradan
qaldırmaq üçün lüzımi müayinələrdən keçirilirlər.

Məlumata görə, bazaya iki mərmi buraxılıb. Nəticədə ərazi
yerləşən iki köməkçi tikiliyə zərər dəyib.

Hadisənin hansı qruplaşma və ya təşkilat tərəfindən törədildiyi
haqqında məlumat verilmir.