Suriya ilə sərhəddə türk hərbçi şəhid olub

Türkiyənin Şırnak əyalətində terrorçuların hücumu nəticəsində 1 hərbçi həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

“Şirnak əyalətinin Cizrə şəhərindəki sərhəd-keçid məntəqəmizə minaatandan hücum nəticəsində piyada əsgərimiz Tarık Tarkan şəhid olub”, – deyə Nazirlikdən bildiriblər.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar həlak olan hərbçinin ailəsinə başsağlığı verib.