Suraxanıda müxtəlif cinayətlərə görə 75 nəfər saxlanılıb (FOTO/VİDEO)

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1
ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər saxlanılıb. Aşkar
edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət
işi başlanılıb. Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə
tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə
qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslrədən ümumilikdə 12
kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, qeyd
edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının
keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan
qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar
edən 6 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə
yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət
əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən
edilib.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar
zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən
ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər.
Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı
tapança və 4 ədəd parton da aşkar edilib.


Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis
İdarəsində araşdırmalar davam etdirilir.

Teqlər: