Suraxanıda anbar yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 700 kv.m olan fəaliyyət göstərməyən anbarın yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Teqlər: