Suraxanı dairəsində yük avtomobili ilə sərnişin avtobusu toqquşub (FOTO)

Xəbər - Samir Əli – Trend:

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99 DH 343 DQN-lı “Shacman” markakı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.


Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Teqlər: