Sunak və Makron Yaxın Şərqi müzakirə etdi

Sunak və Makron Yaxın Şərqi müzakirə etdi

Böyük Britaniyanın Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, liderlər Yaxın Şərqdə, xüsusilə İordan çayının qərb sahilində gərginliyin artması ehtimalından narahat olduqlarını bildiriblər.

Məlumata görə, Sunak və Makron Qəzza zolağının sakinlərinə humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayaraq, ehtiyacı olanlara ərzaq, yanacaq, su və dərmanların çatdırılması, habelə əcnəbilərin oradan çıxarılması üçün birgə işləmək barədə razılığa gəliblər.

Teqlər: