Sunak Modidən Ukraynada sülh üçün xahiş edəcək

Sunak Modidən Ukraynada sülh üçün xahiş edəcək

Britaniya Baş naziri Rişi Sunak Hindistan lideri Narendra Modi ilə gözlənilən görüşdə ondan Rusiyaya təsir imkanlarından istifadə edərək, Ukraynadakı müharibəni dayandırmağa kömək etməyi xahiş edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, görüş Dehlidə G20 sammiti çərçivəsində baş tutacaq:

“İkitərəfli ticarət sazişinin, habelə Hindistanın münaqişənin həllində rolunun müzakirəsi gözlənilir”.

Teqlər: