Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub – TƏBİB

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla əlaqədar
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə
alınıb.

Bu barədə
Trend
-ə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 7 nəfər ilkin tibbi yardım göstərilərək,
ambulator müalicə üçün buraxılıb.

“Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə
müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur. Qeyd
edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb
olunub”,- deyə əlavə olunub.

Teqlər: