Sumqayıtda zəncirvari qəza: yaralananlar var – Foto

Sumqayıtda zəncirvari qəza: yaralananlar var – Foto

Sumqayıtda “Toyota Prius”, “Mersedes” və “ Nissan” markalı avtomobillər toqquşub.

AzerTimes Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: