Sumqayıtda yataqxana binasında yanğın baş verib

Sumqayıt şəhərində yataqxana binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd kondisoner, 1 ədəd soyuducu və ev əşyaları 4 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: