Sumqayıtda sexdə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb
olunub.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, həyata keçirilən operativ və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı
alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər: