Sumqayıtda qız anasını bıçaqlayıb

Sumqayıtda qız anasını öldürməyə cəhd edib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şəhər
sakini Günel Əliyeva anası Zemfira Əliyevaya çoxsaylı bıçaq
xəsarəti yetirərək onu öldürməyə cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən G.Əliyeva saxlanılıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Teqlər: