Sumqayıtda qədim mağaralar tapıldı – Foto

Sumqayıtda qədim mağaralar tapıldı – Foto

“Stansiya Sumqayıt” yaşayış massivində mağaralar tapılıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hazırda mağaraların aşkar edildiyi “stansiya Sumqayıt” deyilən ərazidə kəşfiyyat axtarış işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.

O qeyd edib ki, əməkdaşlarımızın əldə etdiyi məlumatlara görə ərazidə mağaralarla yanaşı karvansaranın qalıqları da mövcud olub.

Ümumilikdə həmin ərazidə kompleks tədqiqatların aparılmasına ehtiyac var.

Qısa zamanda əraziyə arxeoloqlarla birgə baxış keçirilməsi nəzərdə tutulur.

Teqlər: