Sumqayıtda oğul atanı öldürdü

Sumqayıtda oğul atanı öldürdü

Sumqayıt şəhərində oğul atasını qəsdən avtomobillə vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 14-də saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.