Sumqayıtda obyektdə yanğın

Sumqayıtda obyektdə yanğın

Sumqayıtda obyektlərin birində yanğın hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, ümumi sahəsi 200 kvadratmetr olan, bir dam altında tikilən, birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 10 kvadratmetr olan obyektin yanar konstruksiyaları, içərisində 4 ədəd soyuducu və əşyalar yanıb. Digər obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: