Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Xəbər - Trend?

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Sumqayıtda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar. Mənzildə 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.


Teqlər: