Sumqayıtda mənzildə 55 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda mənzildə 55 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Raxteri Yaşar Eynullah oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: