Sumqayıtda mənzil ər-arvadın meyiti tapıldı

Sumqayıtda mənzil ər-arvadın meyiti tapıldı

Avqustun 17-də Sumqayıtda bir evdən iki meyit tapılıb.

AzerTimes xəbər verir ki, meyitlər şəhərin 2-ci mikrorayon ərazində yerləşən mənzillərdən birində aşkarlanıb. İlkin məlumata görə, meyitlər mənzildə yaşayan ahıl yaşında olan ər və arvada məxsusdur. Təxmin edilir ki, ölüm hadisəsi bir-iki gün əvvəl olub. Bloka yayılan qoxu qonşuları müvafiq orqanlara müraciət etməyə məcbur edib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Fakt araşdırılır.

Teqlər: