Sumqayıtda maşın köşkə çırpıldı: yaralılar var

Sumqayıtda maşın köşkə çırpıldı: yaralılar var

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini köşkə çırpıb.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Teqlər: