Sumqayıtda maşın, Ağdamda isə mağaza yanıb

Sumqayıt şəhərinin Corat qəsəbəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli ərzaq mağazasının tavanı 40 m² sahədə, içərisində 3 ədəd soyuducu və 3 m² sahəyə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: