Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

Xəbər - Çingiz Səfərli – Trend:

Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 206/208 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda gecə saatlarında 4 ağacın kəsildiyi və təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.


“Faktla bağlı akt tərtib olunub.Təqsirkarların müəyyən olunması üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib. Kəsilmiş ağacların yerinə yeniləri əkilib”.

Teqlər: